Binəqədinin icra başçısı şöbə müdirini işdən çıxardı

Binəqədinin icra başçısı şöbə müdirini işdən çıxardı

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarovanı tutduğu vəzifədən azad edib.

Modern.az saytı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasa da başçının xanım əməkdaşı işdən çıxarmasının səsəbləri açıqlanmayıb.

Nuridə Allahyarovanın özü də işdən çıxmasına aydınlıq gətirməyib. Yalnız facebook sosial şəbəkəsində işdən çıxdığını təsdiqləyən status yazıb: "Son bir həftədə ünvanladığınız sualları artıq cavablandırmaq səlahiyyətində olmadığım üçün facebookun imkanlarından yararlanmaq istədim. Artıq Binəqədi RİH-də çalışmadığımı və işdən ayrıldığımı yazmaq qərarına gəldim ki, müəyyən məsələlərlə bağlı sualları qurumun aidiyyatı şöbəsinə və səlahiyyətlilərinə ünvanlayasınız” .

Qeyd edək ki, Nuridə Allahyarova təxminən bir il öncə Xaləddin İsgəndərov tərəfindən vəzifəyə təyin olunmuşdu.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az