“Bir gün Azərbaycan Prezidenti tələb edə bilər ki...” – Simonyandan şok iddia

“Bir gün Azərbaycan Prezidenti tələb edə bilər ki...” – Simonyandan şok iddia

Bölgədəki durum Ermənistanın lehinə deyil, vəziyyət hər keçən gün Azərbaycanın xeyrinə dəyişir. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı Rusiya sülhməramlılarının çıxarılmasını tələb edə bilər.

Miq.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Taron Simonyan deyib.

Simonyan parlamentin spikeri Ararat Mirzoyana müraciətində proseslərin gedişatına uyğun olaraq, Qarabağdakı Rusiya hərbi qüvvələrinin bir gün çıxarıla biləcəyini də iddia edib:

"4 il 8 ay 19 gün 12 saat ərzində Azərbaycan Prezidenti məlum, bizim üçün kədərli anlaşmaya əsaslanaraq rus sülhməramlılarının Qarabağdan çəkilməsini tələb edə bilər. Hadisələrin belə bir inkişafına hazırlaşmaq üçün istifadə ediləcək vaxt bu qədərdir”.

Taron Simonyanın bu açıqlaması Mirzoyan, hakim "Mənim addımım" parlament fraksiyasının rəhbəri Lilit Makunts, millət vəkili Ruben Rubinyan və digərlərinin etirazına səbəb olub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az