Birləşib milyardları belə «sildilər»

Birləşib milyardları belə «sildilər»

Bir müddət əvvəl Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin ölkənin milyardlarini necə və hansı şəkildə külə döndərdiyi haqqinda KİV-də geniş məlumatlar yayılsa da hələlik cənab Hacıyev tərəfindən bu yazılanlara elı də ciddi əsaslandırılan cavablar verilməyib.Bu da Beynəlxalq Bankın sabiq şefi ilə bağlı iddialarıbir qədər də gücləndiri.Elə bunun nəticəsidir ki, arsı-ardına KİV-nin elektrin ünvanlarına müxtəlif məlumatlar gəlməkdədir.Vətəninfo.az xəbər verir ki,belə məlumatlardan biri C.Haxıyevin ortağı olan sabiq seputat Dünyamin Xəlilovla bağlı Azpolitika.az-a göndərilib.

Hörmətli redaksiya! Bizim sikayətimiz "Globus plaza”da yerləşən "General Construction” MMC-dəndir. Şirkət Cahangir Hacıyevə məxsus olsa da, onun idarə edilməsiylə sabiq deputat Dünyamin Xəlilov məşğul olurdu. Ancaq son 5 ayda işçilərə əmək haqqı verilməyib. Üstəlik, işcilərə hədə-qorxu gəlinərək, oz hesablarına 6 aylıq məzuniyyətə göndəriliblər. Şikayətlərə isə baxılmayıb . Hətta əmək müfəttişləri də qapıdan binaya buraxılmayıb.”

Şikayətçinin sözlərinə görə, həmin dövrdə dəfələrlə Xəlilovun yanına getsələr də, qapıdakı "İnter security”-nin əməkdaşı və səxsi mühafizəçisi, həmçinin sürücüsü tərəfindən içəri buraxılmayıblar, hətta təhqir olunaraq, qovulublar.
1431509448_95084-300x188Daha sonra məktubda bildirilir ki, son ayların əmək haqqını verməyən sabiq deputat, üstəlik onları böyük bir bəlaya düçar edib. Belə ki, Dünyamin Xəlilov işçilərin adına milyonlarla ölçülən kredit alaraq mənimsəyib: "D.Xəlilovun, adına milyonlar yazdıraraq, alıb mənimsədiyi işçilər hələ də həbsdədirlər. Artıq işçilərin həbsinin 3 ayı tamam olur. Onlarla bağlı 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Şirkətin bütün isçilərinin Azərbaycanı tərk etməsinə qadaga qoyulub. D. Xəlilov hamının adına milyonlar yazib. Böyük qismini yeyib dağıdıb, özü üçün xaricdə çoxlu obyektlər alib”.
Məktub müəllifi Cahangir Hacıyevin sabiq deputat Dünyamin Xəlilovla birlikdə Beynəlxalq Bankın 100 milyonlarla dollar vəsaitini mənimsəmək üçün həyata keçirdikləri maxinasiya sxemini açıqlayıb. Ən maraqlısı isə odur ki, onların birlikdə mənimsədiyi 100 milyonlala dollar vəsaiti qaytarmağı indi sadə işçilərdən tələb edirlər: "Saxta şirkətlər yaradılaraq, bütün sadə işçilərin hamısı formal olaraq, direktor kimi rəsmiləşdirilib. Və mən də daxil olmaqla, hamımızın adına Beynalxalq Bankdan böyük miqdarda kredit götürülüb. Adımıza ən azı 50 milyon manat borc yazılıb.
Bizə deyirlər ki, həbsdə olanları Dünyamin Xəlilov pulu gətirəndə buraxacaqlar. Amma pul ümumi olaraq, 2 milyarda yaxındır, bunu işçilər necə qaytara bilər?”
Sonda şikayətçi Dünyamin Xəlilovdan ölkəyə qayıdıb, onların adına alıb mənimsədiyi pullara görə, cavab verməyi və əmək haqlarını ödəməyi tələb edir.

Qeyd edək ki, "Globus Plaza”dan "AzPolitika.info”ya verilən məlumata görə, Dünyamin Xəlilov 1000-dən artıq sadə işçisinin adına kredit götürüb. Bura "Globus Plaza” biznes mərkəzində yerləşən "General Construction” MMC-nin işçiləri də daxil olub. Həmin şəxslər sadəcə işlərini itirməmək üçün kredit sənədlərinə imza atıblar. Onların çoxu kirayələrdə yaşayırlar, kasıb insanlardır.

dunyamin-cahangir1212Xatırladaq ki, Dünyamin Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal 2011-ci ildən başlayıb. Dünyamin Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş D.Xəlilov Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus "Şəki Bazar” və "Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Maraqlıdır ki, Beynəlxalq Bankın bir filialı uzun illər "Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib. Beynəlxalq Bankdan alınıb mənimsənilən kreditlər üzrə həbslər başladıqdan sonra bankın fəaliyyəti dayandırılaraq, oradan köçürülüb.
Bundan əlavə, Cahangir Hacıyevə məxsus brend mağaza "Harvey Nichols” da "Globus Plaza”da yerləşib. Bir qədər əvvəl "Harvey Nichols” brendi adına xələl gətirdiyi üçün C.Hacıyevə verdiyi françayzinq səlahiyyətlərini geri götürüb.
beynelxalqbank

Qeyd edək ki, aktivlərinin böyük hissəsi dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankından külli miqdarda kredit götürüb geri qaytarmayan iş adamlarının bir çoxu istintaqa cəlb olunsa da, bəziləri ölkədən qaça bilib. Onlardan biri də məhz eks-deputat, "Globus Plaza” şirkətinin sahibi Dünyamin Xəlilovdur. Bəzi məlumatlara görə, D.Xəlilov Beynəlxalq Bankdan 1 milyard 700 milyon manat, bəzi məlumatlara görə isə 2 milyard dollardan artıq kredit adı ilə vəsait çıxarıb, həmin kreditləri geri ödəməyib. Bakıda, Rusiya səfirliyi yaxınlığında elit "Saatlı bina”nın sahibi olan D.Xəlilov mətbuata açıqlamasında ölkədən qaçmadığını, müalicəyə getdiyini deməklə kifayətlənib. Eks-deputatın hələlik nə həbs edildiyi, nə də axtarışda olması barədə rəsmi xəbər yoxdur.

Qeyri-rəsmi məlumata görə isə, Dünyamin Xəlilova məxsus "Globus Plaza” satışa çıxarılıb. Hətta şirkətin türkiyəli iş adamına satıldığına dair də məlumatlar var. Ancaq bu və digər şirkətləri satmaqla, Cahangir Hacıyevin, qohumu Dünyamin Xəlilovla birlikdə, dövlət bankından çıxardığı milyardları geri qaytarmaq olacaqmı?



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az