Hər bir dövlətin xaricdlə tanıdılmasında, onun həqiqətlərinin dünyaya çatdırılmasında diasporun rolu əvəzsizdir. Ona görə də diaspor sahəsinə ciddi diqqət yetirilir. Bu gün Azərbaycan diasporu inkişaf edir. Bu sahədə bir sıra uğurlar qazanılsa da müxtəlif səpkili problemlər də qalmaqdadır. Siyasi elmlər üzrə fəlsəfə doktoru, «Diaspora və Lobbi» Elmi Araşdırmalar Mərkəzinin Rəhbəri Zaur Əliyevl “Vətəninfo”ya müsahibəsində bu problemlərə nəzər saldı.
- Bu gün beynəlxalq münasibətlər sistemində tədqiq edilən Azərbaycan diasporu anlayışı özünün mürəkkəbliyi, çoxmərkəzliyi, daxili problemləri, müxtəlif siyasi sosial baxışları, xarakterik xüsusiyyətinə görə seçilir. Demək olar ki, 1918-ci ilə qədər və 1920-ci ildən 1991-ci ilə qədər Şimali və Cənubi Azərbaycandan, Türkiyədən xarici ölkələrə mühacirət edən azərbaycanlıların təxminən 50 faizinin milli mənsubiyyəti bu cür yanlışlıqlara məruz qalıb.
Azərbaycan diasporunda «Vətən» və «Dövlət» anlayışı heç də onların təsəvvüründə eyni deyil və onların baxışları bir-birini tamamlamır. Bunun başlıca səbəbi Ana Vətən Azərbaycanın tarixinin ziddiyyətli və qarışıq məsələlərlə zəngin olması və ən əsası bir dövlət olaraq parçalanmış halda olmasıdır. Buna görə də xaricdəki azərbaycanlılar parçalanmış, iki hissəyə bölünmüş bir xalqın təmsilçisi olmaqla, onlar arasında hüquqi-siyasi status, vətəndaşlıq mənsubiyyəti, sosial-siyasi anlayış və baxışlar baxımından fərqlər var. Azərbaycan diasporu haqqında lazımınca məlumatın olmaması, xalqımızda belə bir qurumun yoxluğu təsəvvürünü formalaşdırıb.
- Azərbaycan diasporunun əsas problemləri hansılardır və onları necə aradan qaldırmaq olar?
- Diaspor vətəndən kənarda yaşayan hər bir xalqın milli ordusudur. İstər Şərq-Qərb, istərsə də okeanın o tayı Amerikada, bu sahə üzrə fəaliyyət göstərən instansiyalar (istər dövlət, istərsə də qeyri-hökümət orqanları) diasporlarla bu istiqamətdə işləyirlər. Diaspor yaşadığımız dünyada hətta beynəlxalq münasibətlərdə əməkdaşlığın bir hissəsi hesab olunur. Bu artıq xüsusi dövlət proqramı kimi qəbul olunur. Bu proqramda diaspor, əsasən başqa ölkədə mədəniyyət və informasiya, eyni zamanda beynəlxalq münaqişələrin həlli faktoru kimi böyük diqqət yetirilir. Bu gün dünyanın bütün bölgələrinə səpələnərək 50 milyonluq azərbaycanlı adını daşıyan soydaşlarımızın birlik, həmrəylik anlayışılarında ciddi problemlər var. Diaspordaxili ziddiyyətlər, qarşılıqlı anlaşımamazlıq, liderlik uğrunda mübarizə və digər problemlər azərbaycanlıların vahid bir mərkəzə çevrilməsində əngəlliklər yaradır. Bu problemlərin kökündə isə maarifliçilik və əməkdaşlıq qurulması ilə bağlı istəklərin zəif olması durur. Azərbaycanda reallıq budur ki, hələ də xaricdəki diaspor qurumları ilə ölkəmiz arasında əlaqə çox zəifdir.
- Xaricdəki soydaşlarımızın fikir müxtəlifliyini aradan qaldırmaq üçün hansı addımları atmaq lazımdır?
- Bütün işlərdə ictimai məlumatlandırma, yaradılması ehtimal edilən qurumların rəhəbərlərinin bütün sahələrdə əməkdaşlıq edilməsi, yerli xalqların mədəni hüquqlarının qorunmasını isbat edəcək layihələrin işlənməsi və beynəlxalq təşkilatların monitorinq və rəy sorğularına şərait yaratmaq, İqtisadi siyasətdə bərabər imkanlar strategiyasından istifadə, azad bazar rəqabəti, birgə əməkdaşlıq, təbliğat işinin fəallaşdırlıması, yerli insanların Türk-Azərbaycan tədbirlərinə dəvəti, Milli ənənələrin əks olunduğu suvenirlərin paylanması, informasiyanın birgə ötürülməsi, dəqiq fəaliyyət proqramının hazırlanması, proqrama uyğun olaraq aparılan işin müvafiq öhdəliklərinin istiqamətləndirilməsi, dövlət tərəfindən maddi və mənəvi dəstək, diplomatik qurumlar, QHT, beynəlxalq və yerli dostluq, milli-etnik cəmiyyətləri və diaspor təşkilatları arasında birliyin formalaşdırılması, diaspor təşkilatlarında mütəxəssislərin işlə təminatı, Dəqiq fəaliyyət proqramının hazırlanması, proqrama uyğun olaraq aparılan işin müvafiq öhdəliklərinin istiqamətləndirilməsi və dairəsinin müəyyənləşdirilməsi, Dövlət tərəfindən maddi və mənəvi dəstək, QHT-lərin rolunun aktivləşdirlməsi, mütəxəssislərin iştirakı, Xarici mediyanin və siyasilərin ölkə barəsində obyektiv olması üçün onların hər iki dövlətə dəvət edilməsi, diplomatik kadrların diaspor nümayəndələrindən olması üçün kvotanın ayrılması, NATO və sair Təşkilatların proyektlərinin qazanmaq və sair fikir müxtəlifliyinin aradan qaldırılması inkişafa dəstək ola bilər.
- Erməni Azərbaycan diasporunun müqayisəsini necə aparmaq olar? Onların və bizim diasporun mətbuat orqanlarının statistikası nələri göstərir?
- Diasporun maliyyə, təbliğat və hərtərəfli dəstəklənməsi işinə baxan kilsə ümumdünya erməni hərəkatına istiqamət verir. Ermənistanın daxili və xarici siyasətini nəzarətdə saxlamaqla terrorizm, lobbiçilik, ideoloji işləri dəstəkləyir. Diasporun bütün tədbirlərinə kilsə sədrliyi özü edir. Ermənilərdə diqqətə alınan ikinci böyük məsələ onların dünyaya səpələnərək yaşamasıdır. «Armenian hay» da- "hər yerdə erməni var" yazan Vöhram Mavyanın əsərində ermənilərin məskunlaşdıqları ölkələrdə yaşam tərzinin erməni işinə xidmət etdiyini qeyd edilir. Yəhudi-yəhudidir, qaraçı-qaraçıdır, erməni isə tam erməni deyil. Onlar assimilyasiya olunur, başqa millətlərdən xüsusiyyətlər mənimsəyirlər. Əsasən aparıcı xalqlar olan türklər, ərəblər, yunan, yəhudilərlə qarışıq nikaha girən ermənilərin övladları türk, yunan, yəhudi, fransız, ərəb soyadları, adları daşımalarına, başqa mühitdə böyümələrinə rəğmən öz erməni xislətini unutmurlar. Buna onların beşikdə ikən beyinlərinin doldurulması kömək edir.
Ermənilərdə diqqət çəkən daha bir məqam onların «ortaq uğurlar və ortaq əzablar» ətrafında sıx birləşməsidir. Ermənilər özləri yaxşı bilirlər ki, onların tarixi yalan üzərində qurulub və erməni mədəniyyəti, ədəbiyyatı, dili və digər xüsusiyyətləri oğurluqdur. Bütün bunlara baxmayaraq, onlar oğurluqlarını ustalıqla gizlədir və ümummilli məsələlərdə səfərbər olurlar. Erməni ideoloqları diasporda təbliğatı gücləndirməklə, ermənilərin qüdrətli xalqlar tərəfindən assimilyasiya olunmasının qarşısını almağa çalışırlar. Onlar gözəl başa düşürlər ki, Ermənistanda yaşayan bir ovuc erməni ümumi işin davamçısı ola bilməz. Bu səbəbdən də diasporda erməniləri ortaq əzablar və ortaq uğurlar xülyası ilə birləşdirməyə çalışaraq, «soyqırım» əfsanəsindən məharətlə istifadə edirlər. Diasporda saxta bir tarix təbliğ edən erməni ideoloqları onları qədim və sivil xalqın nümayəndələri olduqlarına inandırırlar. Ermənilərin tarixən əzabkeş xalq kimi bir çox təzyiqlərə məruz qalması barədə uydurma konsepsiya hazırlayan erməni ideoloqları özləri də bunun yalan olduğunu qəbul edirlər. Bu bir növ əvvəlcə fərqli imperatorluqların və böyük dövlətlərinin təsiri altında yaşamış olmalarına, onların böyük əziyyət görməklərinə və acılar yaşamalarına baxmayaraq ermənilərin xüsusilə türk düşmənçiliyini yaymaq və aktiv saxlamaq istədiklərini göstərmək lazımdır. Erməni diasporunun təbliğat işində KİV orqanlarının xüsusi yeri var. Xarici ölkələrdə, əsasən də Birləşmiş Ştatlarda güclü maliyyə dəstəyinə malik olan erməni KİV-ləri geniş informasiya şəbəkəsi qurublar. Qərb ölkələrində bu gün ingilis və erməni dillərində çoxlu qəzet və jurnalistlər nəşr edilir, TV və radio proqramları yayınlanır. "Erməni məsələsi"nə həsr olunan yazılara böyük qonarar verməklə erməni qəzet və jurnalları qeyri-erməni jurnalistləri onlarla əməkdaşlığa cəlb etməyə çalışır və çox zaman buna müvəffəq olurlar. TV-də tez-tez erməni filmləri nümayiş etdirilir, radio proqramlarda erməni musiqisi səsləndirilir. Birləşmiş Ştatlarda nəşr edilən qəzet və jurnallardan aşağıda adları sadalananlar, demək olar ki, bütün ştatlara yayılır.
1899-cu ildən nəşr olunan "Nairenik Weekly", "Eritassart Hayastan", "Asbarez Armenian Daily", "Armenian Mirror Srectator", "Armenian Weekly", "California Courier", "Armenian Life Nai", "Massis Armenian Weekly", "Armenian Observer", "Armenian Reroter" və sair qəzetlər diaspor mühitində daha çox oxunan qəzetlərdir.
Amerikada sayı 113-ə çatan bülleten və jurnallar bütün ştatlarda dərc olunur. Bunlardan "Armenian International Magarine", "Navasart", "AMAA News", "Yournal of Armenian Studies", "Diasrora", "Trans Caucasus, A Chronology", "NAASR NEWsletter", "Sevan Newsletter", "Locus U.C.L.A.", "Nye Syarzhoom" və digərlərinin adını çəkmək olar.
Radio proqram və kanalların sayı Birləşmiş Ştatlarda 22-yə çatır. Bu radio kanalların bir hissəsi 24 saat, bir hissəsi isə müxtəlif saatlarda yayınlanır. Amerikanın bir çox ştatında qulaq asılan radiolardan aşağıdakılar daha populyardır: ARARAT Ametur Net", "Neritage of Armenian Culture", "Armenian TELE-Radio", "Armenian Culturel Nour", "Voice of America", "Armenian Service", "Armenian Outreach Radio", "Armenian Amerikan Radio Nour" və digər kanallar. Birləşmiş Ştatlarda təkcə Kaliforniya ştatında erməni diasporuna məxsus 6 TV kanalı yayınlanır. Bunlar "Andre Danik Show", "Armenia Today", "Armenian Teletime", "Tele Armenia", "Norizon Armenian TV NOR Serount"dur.
Kaliforniyada 27 qəzet, 19 bulleten, 16 jurnal, 4 TV və radio kanal, 9 nəşriyyat, 2 agentlik, 11 video mərkəz, Arizonada 2 qəzet, 4 jurnal, 1 TV və 2 radio kanal, 2 nəşriyyat, ermənilər üçün jurnalistika fakultəsi, Texasda 7 qəzet, 5 jurnal, 2 TV və 2 radio kanal, 3 nəşriyyat, 1 agentlik, Lunzianada 3 qəzet, 2 jurnal, ermənilər üçün tarix və jurnalistika fakultəsi, 2 TV və 3 radio kanal, 1 nəşriyyat, Floridada 5 qəzet, 3 jurnal, 7 agentlik, 1 nəşriyyat, 2 TV və 2 radio kanal, Virciniyada 1 qəzet, 2 jurnal, 1 agentlik, 1 nəşriyyat, Vaşinqtonda 14 qəzet, 7 jurnal, 8 TV və 4 radio kanal, 6 nəşriyyat, 71 bulleten, 3 agentlik, 14 videostudiya, Pensenvaniyada 3 qəzet, 21 bülleten, 2 TV və 2 radio kanal, 1 agentlik, 2 nəşriyyat, Nyu-Yorkda 12 qəzet, 9 jurnal, 16 bulleten, 4 agentlik, 4 TV və 6 radio kanal, 22 videostudiya, Mendə 1 qəzet, 1 jurnal, 1 agentlik, 6 nəşriyyat, 2 videoqeydiyyat, 3 videokanal, Miçiqamda 4 qəzet, 2 TV və 1 radio kanal, 4 nəşriyyat, 2 agentlik, Montanada 2 qəzet, 6 jurnal, 2 TV və radio kanal, 2 nəşriyyat, 2 agentlik, Oriqonda 6 qəzet, 4 jurnal, 3 TV və radio kanal, 1 kinostudiya, 7 agentlik, Nevadada 3 qəzet, 3 bulleten, 4 jurnal, 2 TV və radio kanal, 4 videostudiya, 2 nəşriyyat. Adları çəkilən KİV orqanları mədəni, əbədi və dini proqramlar, yazılar adı altında siyasi iş aparırlar.
Əli Zülfüqaroğlu