“Hazırda Ermənistanda ölkənin sosial-iqtisadi vəziyyətindən razı qalan bircə adam belə yoxdur”.
Vətəninfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni deputatı Mikael Melkumyan hökumətin 2013-cü ilin büdcəsi ilə bağlı verdiyi hesabata münasibət bildirərkən söyləyib. Millət vəkili anlaşılmaz vəziyyətin yarandığını qeyd edib. O, büdcədə artımın olmadığını, lakin büdcə xərclərinin çoxaldığını nəzərə çatdırıb:
“6,2 faiz artım nəzərdə tutulsa da, ötən il bu rəqəm 3,5 faizi aşmadı. Belə olan surətdə büdcəni 122,6 milyard (təxminən 2,8 milyard dollar) qaldırmaq hansı məntiqə sığır”.
Ölkədə sahibkarlar risklərinin artdığını və 1500 kiçik və orta sahibkarlıq müəssisəsinin bağlandığını deyən deputatın fikrincə, Ermənistanda satışın ümumi həcmi kəskin şəkildə düşüb, əhalinin alıcılıq qabiliyyəti azalıb və işləmək ümumiyyətlə sərfəli olmur: “Sahibkarlar çıxış yolu kimi zavodları bağlayırlar. Yaxın gələcəkdə vəziyyət daha da acınacaqlı olacaq. Çünki elektrik enerjisinin tarifləri də qalxır və dəhşətli günlər başlayacaq”.
Xatırladaq ki, avqustun 1-dən etibarən Ermənistanda elektrik enerjisinin qiymətinin qaldırılması nəzərdə tutulur. Ermənistan Elektrik Şəbəkəsinin borcu 16 milyard drama (3,04 milyon manat) yüksəldiyi üçün qiymətlərin qalxması qaçılmaz fakta çevrilib. Müqayisə üçün deyək ki, Ermənistanda Atom Elektrik Stansiyası fəaliyyət göstərdiyi üçün elektrik enerjisinin istehsalı çox ucuz başa gəlir.
Vətəninfo.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto