“Bizim Market”in FIRILDAĞI - Çörəyin istehsal tarixi dəyişdirildi - FOTO

“Bizim Market”in FIRILDAĞI  - Çörəyin istehsal tarixi dəyişdirildi - FOTO

Məşhur supermarketdən fırıldaqçılıq - Çörəyin istehsal tarixi dəyişdirildi 

"Bizim Market” mağazalar şəbəkəsində çörəyin istehsal tarixi ikinci dəfə dəyişdirilərək satılıb.

Bakı sakini Mahir Məmmədlinin verdiyi məlumata görə, o, Əsəd Əhmədov küçəsindəki "Bizim Market” mağazasından çörək alıb. Evdə çörəyin köhnə olduğunu anlayan sakin çörəyin üzərindəki etiketin iki dəfə yapışdırıldığını aşkarlayıb. Sən demə, çörəyin üzərinə yapışdırılan istehsal tarixi iki dəfə dəyişdirilib.

Mahir Məmmədli məsələylə bağlı artıq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət ünvanladığını da bildirib. (aznews.az)


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az