BMT: Dağlıq Qarabağda münaqişənin gərginləşməsi nəticəsində yüzlərlə insan qaçqın düşüb

BMT: Dağlıq Qarabağda münaqişənin gərginləşməsi nəticəsində yüzlərlə insan qaçqın düşüb

Dağlıq Qarabağda münaqişənin gərginləşməsi nəticəsində yüzlərlə insan, əsasən qadınlar, uşaqlar və qocalar evlərini tərk etmək məcburiyyətində qalıblar.

Miq.az "Report"un xəbərinə istinadən bildirir ki, bunu jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Cenevrədə yerləşən ali komissarın qaçqınlarla iş üzrə İdarəsinin (AKQİ) məlumatlarına istinadən bildirib.

"AKQİ məlumat verir ki, bu yaxınlarda Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlar nəticəsində yüzlərlə insan, əsasən qadınlar, uşaqlar və qocalar evlərini tərk etmək məcburiyyətində qalıblar. Köçkünlərin əsas hissəsi regionun şimal-şərq hissəsindəndir. İdarənin məlumatına görə, insanlar Azərbaycanın digər rayonlarına qaçıblar", - deyə Düjarrik bildirib.
Qaçqınların bəzilərinin məlumatına görə, son 20 ildə zorakılıqdan qaçaraq bir neçə dəfə yaşayış yerlərini dəyişmək məcburiyyətində qalıblar.
"AKQİ, həmçinin dinc sakinlər arasında itkilərin olması, evlərin və infrastrukturun dağıdılması barədə məlumat əldə edib", - deyə baş katibin nümayəndəsi bildirib.
İdarənin saytında yerləşdirilən məlumata görə, Azərbaycan hökumətinə yeni məcburi köçkünlərin humanitar ehtiyaclarının qarşılanmasında yardım təklif olunub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az