Boltondan şok Türkiyə mesajı – “Artıq “həyəcan”a keçməyin vaxtıdır”

Boltondan şok Türkiyə mesajı – “Artıq “həyəcan”a keçməyin vaxtıdır”

ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton başqa ölkələrdə çevrilişlərin planlaşdırılmasına kömək etdiyini etiraf edib.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, sabiq prezident Donald Tramp dönəmində ABŞ Konqresinə basqınla bağlı CNN-in xüsusi buraxılışının qonağı olan Bolton maraqlı açıqlamalar verib.

Telekanalın Ceyk Tapperlə Bolton arasında Trampın seçkilərin nəticələrini qəbul etməməsi və yanvarın 6-da dövlət çevrilişinə cəhd edib-etməməsi ilə bağlı mübahisə olub.

Jurnalistin 6 yanvar hadisələrini "diqqətlə planlaşdırılmış çevriliş” adlandırmasını qəbul etməyən Bolton Trampın belə işləmədiyini, öz fikrini asanlıqla dəyişdiyini bildirib.

Tapperin "Çevriliş etmək üçün son dərəcə ağıllı olmaq lazım deyil” fikrinə Bolton belə cavab verib:

"Burada deyil, başqa ölkələrdə çevrilişlərin planlaşdırılmasına kömək etmiş biri kimi mən bununla razılaşmıram. Bu, çox iş tələb edir. Onun etdiyi bu deyildi. O, bir fikirdən digərinə tullanırdı. Nəhayət, o, bu qiyamçıların Konqresə daxil olmasına yol açdı, amma konstitusiyanı devirmək üçün yox”.

Bolton qurucusu olduğu "Türk Demokratiyası” layihəsini dəstəklədiyini bildirərək, Türkiyə haqqında təxribat xarakterli açıqlamalar verib.

Bolton Türkiyə hakimiyyətini də hədəfə alıb:

"Türkiyədə "həyəcan”a keçməyin vaxtıdır. Vaxtilə etibarlı NATO müttəfiqi indi demokratiyadan üz döndərib, Rusiyanı qucaqlayır. Layihədə iştirak etməkdən məmnunam”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az