Bordyujanı vəzifədən İlham Əliyev çıxartdırıb? – Açıqlama

Bordyujanı vəzifədən İlham Əliyev çıxartdırıb? – Açıqlama

Azərbaycan prezidentinin ötən ilin yekunlarına həsr olunmuş iclasda KTMT rəhbəri haqda kəskin danışması, "gördük onun aqibəti necə oldu” deməsi, Nikolay Bordyujanın rəsmi Bakının təkidi ilə postundan uzaqlaşdırılıması versiyasını gündəmə gətirib. Təşkilat məsələ ilə bağlı rəsmi açıqlama ilə çıxış edib.

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi Nikolay Bordyujanın istefasını dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədindəki insidentlə bağlı verdiyi şərhlərlə əlaqələndirmək yolverilməzdir.”

Azərbaycan 24 xəbər verir ki, bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinovun yaydığı bəyanatda deyilir.

V. Zaynetdinov N. Bordyujanın istefasının 2015-ci ildə Moskvada quruma üzv ölkələrin dövlət başçılarının qəbul etdiyi qərarla bağlı olduğunu vurğulayıb. Yeni baş katibinin təyin edilməsi məsələsinə gəldikdə, bu vəzifəni tutacaq şəxs üzv dövlətlərin adının rus əlifbası əsasında ardıcıllığına uyğun, rotasiya qaydasında, Xarici İşlər Nazirləri Şurası tərəfindən 3 illik müddətə irəli sürüləcək namizəd olacaq.

Xatırladaq ki, N. Bordyuja Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisə ilə bağlı işğalçı ölkənin mövqeyinə uyğun bəyanat verərək Qarabağı "respublika” adlandırmışdı. Azərbaycan isə bu bəyanata öz kəskin etirazını bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az