Həmişə sevgilisi, qalmaqalları ilə gündəmə gələn gənc müğənni Afaq Aslan, nəhayət ki, sevgilisini üzə çıxardıb.
Yayılan xəbərdə Afaq Aslanın adını açıqlamaq istəməyən məmur oğlu ilə dini kəbin kəsdirdiyi bildirilir.
Vətəninfo.az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, məmur oğlu kimi qələmə verilən və adı gizli saxlanılan şəxsin adı Rəşaddır. Atasının adı isə Emindir. Məlum olub ki, həmiş şəxs bir dəfə evli olub və bir övladı var. Afaq Aslanın mətbuat xidməti həmin şəxsi məmur oğlu kimi qələmə versə də, Publika.az onun məmur oğlu olmaması barədə məlumat əldə edib.

Xəbərin dəqiqliyini yoxlamaq üçün Publika.az müğənni Afaq Aslan ilə əlaqə saxlayıb. Müğənni, Rəşad bəy haqqında bizdə məlumatların olmasına çox təəccüblənib: “Onun vaxtilə evli olduğunu və övladının olmasından xəbərdaram”.
Mətbuat xidmətinin yaydığı kəbin kağızından belə aydın olur ki, Rəşad bəy xanımına heç nə vəd etməyib. Kagızda mehir bölməsi boşdur. Dini nikaha daxil olarkən, qaydalara əsasən, bəy xanımına mehir, yəni mal-mülk, qızıl və s. vəd verir.

Qeyd edək ki, müğənninin kəbini 18.06.2015 tarixində kəsilib.

Cütlük qanuni nikaha daxil olmayıb. Lakin Şeyxülislam Hacı Allahşükür Paşazadənin xüsusi tapşırığına əsasən, heç bir axund rəsmi nikahı olmayanlara kəbin kəsə bilməz. Kəbin kağızında “ZAQS” sənədinin nömrəsi üçün yer olsa da, müğənninin kəbin kağızında həmin yer boşdur.
İsa Şükürov
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto