Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Braziliyanın San-Paulu ştatında kiçikmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həlak olub.

"Report" "Xinhua”ya istinadən xəbər verir ki, hava nəqliyyatı vasitəsi ştatda yaşayışın olduğu bölgəyə düşüb.

Qeyd olunub ki, ölənlərin hamısı təyyarənin göyərtəsində olublar. Məlumata görə, yerdə zərərçəkmiş olmayıb.

Fernandopolis şəhərindən havaya qalxan RV-10 təyyarəsi, planlaşdırılan təyinat yerindən təxminən iyirmi kilometr aralıda qəzaya uğrayıb. Təyyarə qəzasında 4 yaşlı uşaq, onun valideynləri, təyyarəni idarə edən iş adamı və 17 yaşlı qız həlak olub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az