Britaniya kəşfiyyatı: "Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücumlar həyata keçirir"

Britaniya kəşfiyyatı:

Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücumlar həyata keçirir. Ona görə də Rusiya qoşunları son 24 saat ərzində ciddi irəliləyiş əldə etməyiblər.
 
"Report” "RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
 
"Rusiya heç bir bölgədə hava məkanına nəzarəti bərqərar edə bilmədi. Bu da onların ciddi irəliləyiş əldə etmək imkanlarını azaldır”, - məlumatda bildirilib.
 
Vurğulanıb ki, Mariupolda şiddətli döyüşlər davam edir: Rusiya hakimiyyəti Mariupolu nəzəratə aldıqlarını deyirlər. Amma şəhərdə şiddətli döyüşlər davam edir. Bu, Rusiyanın Donbasdakı hücumunu da ləngidir”.
 
Xatırladaq ki, bundan əvvəl Rusiya qoşunlarının Donetsk istiqamətində bütün təmas xətti boyunca irəlilədiyi deyilirdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az