Bu ev və şəxsi əşyalar dezinfeksiya edilməlidir - Siyahı

Bu ev və şəxsi əşyalar dezinfeksiya edilməlidir - Siyahı
Koronavirus infeksiyasının yayılması şəxsi gigiyenaya diqqəti artırıb. Gün ərzində tez-tez əllərimizi yumaqla bərabər, evdə gündəlik olaraq təmizləməli və dezinkesiya etməli olduğumuz bir çox əşya var.

Miq.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, aşağıdakı əşyalar vaxtaşırı təmizlənməlidir.

Qapı dəstəkləri

Yaxşı olar ki, gün ərzində qapı dəstəkləri təmiz su ilə yuyulsun, spirtlənsin. Qapının küçədən olan dəstəkləri daha çox yuyulmalı və dezinfeksiya edilməlidir.

Televizor pultu

Pultların təkcə plastmas hissəsi deyil, düymələri də spirtlənmiş əsgi ilə yuyulmalıdır.

Telefon

Ev və mobil telefonlar da mütəmadi təmizlənməlidir. Mobil telefonların qılafları tez-tez çıxarılmalı və silinməlidir. Küçədən gələrkən isə telefon xüsusi təmizlənməlidir. Telefon sahibi çirkli əllərlə dəfələrlə ona toxunmuş ola bilər və bu da telefonu aktiv virus daşıyıcısı edir.

Oyuncaqlar

Yumuşaq oyuncaqlar paltaryuyan maşında yuyulmalı, plastmaq, taxta oyuncaqlar isə tez-tez dezinfeksiya edilməli, spirtlə silinməlidir. Koronavirusun yayıldığı bir ərəfədə uşaqların oyuncaqları mümkün qədər yerə atılmamalıdır.

Geyimlər

Bayırdan gələrkən əyindəki geyimlərlə evə girməmək, geyimləri çıxarıb təmiz havada saxlamaq, mümkündürsə, yumaq məsləhətdir. Koronavirusun geyimlərin də üzərində müəyən vaxt yaşadığını nəzərə alaraq, bu geyimlərlə evdə divanda əyləşmək, uzanmaq məsləhət görülmür.

Çantadır

Çantalar gün ərzində çirkli əllərlə toxunduğumuz əsas əşyalardan olduğuna görə, yaxşı olar ki, evə girərkən elə qapının ağzındaca bu əşya dezinfeksiya edilsin. Əks təqdirdə küçədə çantanın üzərinə hopmuş mikrob və ya infeksiyanı evə daşımış olacaqsınız.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az