Bu gün Bakıda 21 dərəcə isti olacaq

Bu gün Bakıda 21 dərəcə isti olacaq
Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 30-u gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu 18-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu 18-23, dağlarda 13-15 dərəcə isti təşkil edəcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az