“Bu halımı heç sevmirəm”

“Bu halımı heç sevmirəm”

Xalq artisti Aygün Kazımova bir də qalmaqal etəyəcəyinə söz verib

Aygün Kazımova şəxsi "instagram" səhifəsində Natavanın açıq-saçıq fotolarını paylaşdıqdan və onun haqqında tənqidi fikirlər yazdıqdan sonra deyəsən özünə gəlib.

Vətəninfo.az Showlife.az-a istinadən xəbər verir ki, sənətçi son günlər baş verənlərə bir açıqlıq gətirmək məqsədi ilə bir açıqlama yayıb: 

“Sevimli tamaşaçılarıma,fanatlarıma,canlarıma söyləmək istəyirəm ki, hiss edirəm, bilirəm, duyuram ki, hər dəfə xoşagəlməz söz-söhbətlər sizə çox pis təsir edir. Hər zaman çox üzülürsünüz, dilxor olursunuz, qırılırsınız. Ətrafda mənə qarşı bu cür hallar yaşananda, elə mən özüm də eyni hissləri yaşayıram, işləyə, çalışa bilmirəm. Bu halımı heç sevmirəm, inanın, lider olmaq doğrudan da çox çətindir. Hələ nə qədər atılan daşlara məhəl qoymuram. 

Üzülməyin, canlarım mənim, siz mənim hər şeyimsiniz. Sizə söz verirəm, bir daha heç kimin nə gözlənilməz təhqirlərinə, atmaca, şər və böhtanlarına cavab verməyəcəyəm, kimlərinsə planlı tələlərinin qurbanı olmayacağam. 

Və burdan bütün media nümayəndələrinə müraciət edirəm ki, məni kimlərinsə öncədən planlaşdırılmış çirkab oyunlarının qurbanı etməsinlər. Birtərəfli müsahibələr alıb, məni münasibətdə olmadığım insanlarla istəmədən qalmaqallara salmasınlar. Mən bunu istəmirəm. Çünki həm mən, həm də sevənlərim çox üzülür. 
Hörmətli media nümayəndələri, sizdən ricam, qarşı tərəfin planlı şəkildə hazırladığı ucuz reklam piarına son qoyasınız, mənim adımı hallandırmayasınız. Mənim bu cür çirkin piara ehtiyacım yoxdur. İstəmirəm, arzu etmirəm və heç vaxt da etməmişəm.





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az