Bu il Azərbaycanda 3107 zəlzələ baş verib

Bu il Azərbaycanda 3107 zəlzələ baş verib
Baş verən zəlzələlərin 22-si hiss edilən olub

Bu il yavarın 1-dən indiyədək olan dövr ərzində Azərbaycan və ona bitişik ərazilərdə 5051 təkan qeydə alınıb.
Miq.az-ın məlumatına görə, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli əlavə edib ki, bu il ərzində təkcə Azərbaycan ərazisində 3107 yeraltı təkan baş verib.
Onun sözlərinə görə, bu il ərzində baş verən zəlzələlərin 22-si hiss edilən olub.
Q.Yetirmişli qeyd edib ki, 2017-ci il ərzində Şamaxı-İsmayıllı, Talış dağları ərazisi və Xəzər dənizi seysmik baxımından aktiv olub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az