"Bu il pandemiyanın başa çatacağına əminik" - ÜST


"Bu il pandemiyanın üçüncü ilində onun başa çatacağına əminəm. Amma bu da birlikdə səy göstərəcəyimiz təqdirdə mümkün olacaq”.

Miq.Az "Haber Global”a istinadən xəbər verir ki, bu fikirləri ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus deyib.

"Bəzi ölkələrin vaksin milliyyətçiliyi bərabərsizlik yaratdı və "Omikron” ştamının yaranmasına şərait yaratdı. Bərabərsizlik davam etdikcə virusun qarşısıalınmaz formada yayılma riski daha da artacaq. Əgər bərabərliyi təmin etsək, pandemiyanı da geridə qoyarıq”, - o bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az