Bu ölkənin naziri kabinetində GÜLLƏLƏNDİ

Bu ölkənin naziri kabinetində GÜLLƏLƏNDİ

Dominikan Respublikasının ətraf mühit və təbii sərvətlər naziri Orlando Xorxe Mera öz kabinetində yaxın dostu tərəfindən güllələnib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Prezident Aparatı Meranı güllələyən Migel Kruzun saxlanıldığını açıqlayıb.

Paytaxt Santo Dominqodakı nazirlik binasına çox sayda polis və təcili yardım işçisi göndərilib. 

Hadisə şahidləri hücum zamanı 7 atəş səsi eşitdiklərini, hücum zamanı nazirlikdə olanların isə divarlardan atlayaraq qaçdıqlarını bildiriblər.

Eyni zamanda hüquqşünas olan Mera Müasir İnqilab Partiyasının qurucu üzvü olub və 2020-ci ilin avqustunda Ətraf Mühit və Təbii Sərvətlər Naziri təyin edilib.

Gülayə Mecid 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az