Bu qızlar “Azərbaycanın Gözəllik Kraliçası” olmaq istəyir - FOTOLAR

Bu qızlar “Azərbaycanın Gözəllik Kraliçası” olmaq istəyir - FOTOLAR
Azərbaycanda "Beauty Queen of Azerbaijan” ("Azərbaycanın Gözəllik Kraliçası”) yarışması keçirilir.
 
Miq.az  baku.ws saytına istinadən xəbər verir ki, son kastinqi dekabrın 11-də olan baş tutan yarışmanın münsif heyətində Azərbaycanın tanınmış modelyer-dizaynerləri Afaq İsmayilzadə, Fəxriyyə Xələfova, Gulnarə Xəlilova, stilist Nəsir Babayev, Fuad Hacıyev, əməkdar artist Tünzalə Ağayeva, aktyor-aparıcı Şəhriyar Əbilov, rəqqasə -aktrisa Oksana Rəsulova iştirak ediblər.
 
Qatılmış xanımlar arasından cəmi 24 xanım seçiləcək. Seçilmiş 24 xanımdan 12-si yarı final mərhələsində iştirak edəcək. Azərbaycanda ilk dəfə olaraq keçiriləcək tam fərqli gözəllik yarışmasının yarım-final və final mərhələsində Türkiyənin tanınmış modelyerlərinin Tolqa Cam və Serdar Uzuntaş, eləcə də türk estradasının pop ulduzları - Petek Dinçöz, Merve Özbey, Sinan Akçıl və digərlərinin iştirakı gözlənilir.
 
"Azərbaycanın Gözəllik Kraliçası” yarışmasında 1-ci yerin sahibi qızıl tac və pul mükafatı, 2-ci və 3-cü yerin sahibləri pul mükafatına layiq görüləcək.
 
Bununla yanaşı, Türkiyənin tanınmış model şirkəti ilə müqaviləyə də imza atacaqlar.
 
Son kastinqdən olan fotoları təqdim edirik:
 











İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az