Bu sahədə çalışanlarda vərəm, siflis aşkarlanarsa, işə buraxılmayacaqlar

Bu sahədə çalışanlarda vərəm, siflis aşkarlanarsa, işə buraxılmayacaqlar
Məktəbəqədər təhsil sahəsində çalışanların müayinəsi zamanı vərəm, siflis aşkar edilərsə, onlar işə buraxılmayacaqlar.

Miq.az report-a istinadən xəbər verir ki, bu, Azərbaycan Naziurlər Kabinetinin təsdiqlədiyi "Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası"nda əksini tapıb.
Qaydaya əsasən, tibbi müayinədən imtina edildikdə və dövri tibbi müayinədən keçmiş şəxslərdə aşağıdakı xəstəliklər aşkar edildikdə, onların işə buraxılmasına yol verilmir:
1. tam sağalma təsdiq edilənə qədər vərəm xəstəliyinin bütün klinik formaları;
2. tam sağalma təsdiq edilənə qədər sifilis xəstəliyi;
3. tam sağalma təsdiq edilənə qədər süzənək xəstəliyi;
4. helmintozlara (qurda yoluxma) və patogen ibtidailərə (amöbiaz, balantidiaz, ləmblioz) yoluxmalar;
5. kəskin və xroniki bağırsaq infeksiyalarının bütün klinik formaları;
6. kəskin virus infeksiyaları;

7. kəskin bakterial infeksiyalar;
8. bakterial infeksiyalarla bağlı bakteriyagəzdirənliyin bütün formaları;
9. ruhi xəstəliklər;
10. narkoloji xəstəliklər (narkomaniya, alkoqolizm, toksikomaniya);
11. ağıreşitmə.
Təhsilverənlər ildə bir dəfə dövlət tibb müəssisələrində dövri tibbi müayinədən dövlət hesabına keçirlər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az