“Bu, sülh prosesinə təkan verdi, həm Zelenski, həm də Putin...” - Ərdoğan

“Bu, sülh prosesinə təkan verdi, həm Zelenski, həm də Putin...” - Ərdoğan

"Ümid edirəm ki, Rusiya və Ukrayna prezidentləri görüş təklifinə müsbət cavab verəcəklər”.

Miq.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri Ukrayna və Rusiya nümayəndə heyətləri arasında İstanbulda keçirilmiş görüş haqda suala belə cavab verib:

"Hesab edirəm ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirdiyi görüşlər sülh prosesinə anlamlı təkan verdi. Rusiyanın Kiyev və Çerniqovdakı hərbi əməliyyatlarını əhəmiyyətli dərəcədə azaltmaq qərarı həqiqətən də mühüm addımdır. Eləcə də dövlət başçılarının razılıq əldə edildikdə bir araya gələ biləcəkləri barədə açıqlamaları da bu addımın nə qədər önəmli olduğunu göstərir. Biz bunların həyata keçirilməsini və müharibənin daha çox ölüm və dağıntıya səbəb olmadan bitməsini gözləyirik.

Təbii ki, fəal diplomatiyamız və balanslı yanaşmamız sayəsində mühüm görüşə ev sahibliyi etməkdən məmnun olduq. Həm cənab Putin, həm də cənab Zelenski ilə danışıqlar aparmağa qərarlıyam. Bu görüşlərdə həm öz adımdan, həm də millətim adından hər ikisinə təşəkkürümüzü bildirərək "Məqsədimiz sizi ən qısa zamanda bir araya gətirməkdir” deyəcəyik.

Ümid edirəm ki, onlardan görüşlə bağlı tarixi cavab alacağıq. Bu kontekstdə biz dövlət başçıları səviyyəsində keçiriləcək görüşə ev sahibliyi etməyə hazırıq. Amma bu arada müvəqqəti atəşkəsin təmin edilməsi böyük əhəmiyyət kəsb edir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az