Bu telekanalın fəaliyyəti dayandırılır

Bu telekanalın fəaliyyəti dayandırılır

ARB TV-nin yayımı üç saatlıq dayandırılacaq

Miq.Az xəbər verir ki, bununla bağlı Audiovizual Şuranın mayın 5-də keçirilən iclasında qərar qəbul olunub.

Bildirilib ki, iclasda 25 aprel – 5 may 2022-ci il tarixləri arasında ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunmuşdur.

Monitorinqlər zamanı "ARB” televiziya yayımçısının efirində 3 may 2022-ci il tarixdə saat 13:35 - 15.30 arası yayımlanan "Elgizlə izlə” proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsi və bununla "Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.15-ci maddəsinin tələblərinin pozulması faktı qeydə alınmışdır. Bu səbəbdən, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci və 41.5-ci maddələrinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası iclasda "ARB” televiziya yayımçısının proqramlarının yayımının 08 may 2022-ci il tarixdə saat 09.00-dan 12.00-dək 3 (üç) saatlıq dayandırılması haqqında qərar qəbul etmişdir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az