Bu yollar bağlandı: Xəbərdarlıq
Bu gün Bakı şəhərinin bir neçə əsas prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Miq.az-a verilən məlumata görə, Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın yaxınlığı, Alfred Nobel prospekti, Asan Xidmətin qarşısı və Azadlıq prospektində təmir işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Bundan başqa, Akademik Həsən Əliyev küçəsi, Molla Pənah Vaqif küçəsi, Səməd Vurğun küçəsi, Üzeyir Hacıbəyov küçəsi, 28 May küçəsi, İzmir küçəsi, Azadlıq prospekti, Molla Pənah Vaqif küçəsi, o cümlədən Tbilisi prospekti, Cəfər Cabbarlı küçəsi və Fətəli Xan Xoyski prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.
Miq.az