“Bunun haqqını verməyə çalışacağıq"

“Bunun haqqını verməyə çalışacağıq

Koalisiya hökuməti qurulması üçün görüşlərə önümüzdəki həftə başlayacaqlarını bildirən baş nazir Əhməd Davudoğlu Xalqların Demokratik Partiyası (HDP) ilə görüşəcəklərini, ancaq bu partiya ilə koalisiyanı məqbul hesab etmədiklərini açıqlayıb.
Vətəninfo.az məlumat verir ki, Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Davudoğlu Konya Böyükşəhər bələdiyyəsi tərəfindən təşkil olunan iftarda koalisiya hökuməti ilə bağlı fikirlərini söyləyib:
"Əslində könülümüz təkbaşına iqtidar olmaqdan yanaydı. Milli iradə, millət seçimi "siz oturun razılığa gəlin, bir hökumət qurun” deyibsə, bundan da şikayət etməmək lazımdır. Hər ikisi ilə də oturub danışarıq və ola biləcəklər üçün də mümkün olanlar arasında ən yaxşısını etməyə çalışarıq. İdeal olanı deyil. İdeal olan təkbaşına iqtidar olmaq idi”.
Baş nazir deyib ki, mümkün olanlar içində ən yaxşısının nə olduğunu görmək üçün də hər iki tərəflə (Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası-red.)  görüşəcəklər: "3 partiyanı da ziyarət edəcəyik. 13 faiz səs alan bir partiyanı yox saya bilmərik. HDP ilə koalisiyanı bu mərhələdə məqbul görmürük. Onlar da rəftarlarını o qədər dəqiq, qatı şəkildə qoydular ki, bir koalisiya cədvəli içində olacaqlarını sanmıram. İnşallah, gələcək həftə görüşmələrə başlayacağıq”.
Davudoğlunun sözlərinə görə, görünən odur ki, ya MHP, ya da CHP istiqamətində bir seçim, daha doğrusu bir atmosfer meydana gəlir: "Bunun haqqını verməyə çalışacağıq. 3 tərəflə də görüşəcəyik, amma ehtimalla koalisiya müzakirələri iki tərəflə başlayacaq”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az