PKK daxilində güclü erməni lobbisi mövcuddur

PKK daxilində güclü erməni lobbisi mövcuddur
Hazırda PKK ilə ASALA terror təşkilatları arasında sıx əməkdaşlığın davam etməsi təkzibedilməz faktdır. ASALA-nın ötən əsrin 70-ci illərində türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə çıxardıqları qərarında əsas hədəf və şüarları: "bizim düşmənimiz türk rejimidir”, "türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, intiqam al” olub.
 
Vətəninfo.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən "Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov deyib ki, hər iki terror qrupları türk dünyası başda olmaqla bütün bəşəriyyət üçün təhlükəlidir: "1975-ci ildə Livanda yaradılan ASALA elə həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törədib. Nəticədə onlarla türk əsilli diplomat və minlərlə günahsız insan erməni terrrorizminin qurbanı olub. Az müddət ərzində bir çox amansız planlar reallaşdıran ASALA 1980-ci ilin aprelində Livanda birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlir, 1984-cü ildə isə Livanda mətbuata birgə açıqlama verərək bundan sonra Türkiyəyə qarşı birlikdə hərəkət edəcəklərini açıqlayıblar. 1987-ci ildəki yeni razılaşmaya əsasən PKK-nın Türkiyənin iri şəhərlərində planlaşdıracağı terror aktlarında ASALA-nın da iştirak edəcəyi nəzərdə tutulur. Bütün məsələlərdə ilkin addım kimi Türkiyə və Azərbaycan əleyhinə terrorçuların hazırlanması dayanır. Qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşən terror təşkilatlarının əsas məqsədi Türkiyənin Şərqi Anadolu bölgəsi, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan” qurmaq olub. Buna görə də sözügedən terror təşkilatları əsrlərdir həm özlərinə tərəfdaş toplamaq, həm də xain planlarını reallaşdırmaq istiqamətində bir sıra "irəliləyişlərə” nail olublar”.  Ermənistanın Azərbaycanın işğal etdikləri Dağlıq Qarabağ bölgəsində narkotik tranziti ilə məhz PKK vasitəsilə məşğul olmaqlarına diqqət yönəldən QHT sədri vurğulayıb ki, işğal altında olan torpaqlarımızda narkotiklərin becərilməsi və tranziti təkcə regional deyil, eləcə də qlobal problemdir: "Qarabağda iri narkotik bitki plantasiyalarının olması və separatçı rejimin himayədarlığı ilə narkoticarətin aktivləşdiyi təsdiqi olan faktdır. Bütün dünyada narko-baron statusunda olan ermənilər bu vəsaitdən əldə etdiyi gəlirləri terrorizmin maliyyələşdirilməsinə, eləcə də Azərbaycan və Türkiyənin ərazilərində terror aktlarının həyata keçirilməsinə sərf edir. Təbii ki, onların Dağlıq Qarabağda həyata keçirdikləri çirkin əməllər təkcə bununla kifayətlənmir. Bu gün ASALA və onun silahdaşı PKK-nın işğal altındakı torpaqlarımızda yerləşən təlim-məşq bazalarında, həmin ərazilərdəki düşərgələrində onlarla terrorçu yetişdirilir. Düzdür, sözügedən faktların araşdırılması üçün Azərbaycan tərəfi məsələni Beynəlxalq müstəvidə dəfələrlə qaldırıb, lakin təəssüf ki, bununla bağlı hələdə adekvat tədbirlər görülmüyüb”. Ceyhun Ələkbərov bəyan edib ki, hazırda PKK ilə sıx əməkdaşlığını davam etdirən və mərkəzləri Amerikada yerləşən "NewASALA” adlı təşkilat fəaliyyət göstərir: "Yeni ASALA hazırda Suriyada düşərgələrdə sui-qəsd, kəskin nişançılıq, təxribat və qoruma kimi təlimlər keçirir. Onlara isə böyük dövlətlər və başqa türk-fobiyası olan ölkə rəhbərlikləri dəstək verir. Təəssüf ki, hazırkı ASALA-da olduqca təhlükəli bir şəbəkələşmə mövcuddur, daha geniş miqyaslı fəaliyyəti olan olan bu dəfəki təşkilatın sadəcə hərbi deyil, həm də siyasi "gücü” var və onlar istənilən an, istənilən ölkəyə siyasi anlamda sıza bilərlər.”


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az