Bütün dünyanın gözü 10 aprelə dikildi - Alimlərdən ŞOK AÇIQLAMA

Bütün dünyanın gözü 10 aprelə dikildi - Alimlərdən ŞOK AÇIQLAMA

Elm adamları 10 aprel tarixində bütün dünyada paralel olaraq mətbuat konfransı keçirəcək.

Publika.az xəbər verir ki, Avropa Cənub Rəsədxanası bu barədə informasiya yayıb.

Xəbərə görə, dünya miqyasında təşkil olunacaq konfransda əhəmiyyətli bir elan veriləcək.

Avropa Cənub Rəsədxanası elanın "Event Horizon Telescope” tərəfindən əldə edilən nəticələrlə bağlı olduğunu deyib. Hələ ki, rəsmi açıqlama verilməsə də, ilk dəfə qalaktikada yerləşən bir qara dəliyin fotosunun ictimaiyyətlə paylaşılacağı ehtimal olunur.

Qeyd edək ki, 2017-ci ildə "Event Horizon Telescope” layihəsi çərçivəsində qalaktikanın mərkəzi "Sagittarius A*”da tapılan superçəkili qara dəliyin görütntülənməsi məqsədilə qlobal teleskop istifadəyə verilmişdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az