Bütün Ermənistan ŞOKda- Generalın məğlubiyyət etirafi VİDEO

Bütün Ermənistan ŞOKda- Generalın məğlubiyyət etirafi VİDEO

Ter-Tadevosyandan böyük etiraf — "Bu döyüş kəşfiyyat adlanır”.

Erməni general-mayoru, "Komandos” ləqəbi ilə məşhur olan Arkadi Ter-Tadevosyan erməni radiosuna Dağlıq Qarabağ münaqişə zonasında son günlərdə yaşanan hadisələrlə bağlı müsahibə verib. 

Miq.az xəbər verir ki, erməni general Azərbaycan ordusunun qarşısına qoyduğu məqsədə nail olduğunu bildirib.

"Mənim fikrimcə erməni KİV-ləri hadisələri düzgün işıqlandırmırlar. Azərbaycanın əsas məqsədi bizim qüvvələrimizin, qoşunlarımızın harada yerləşməsini, bizim imkanımızın nədən ibarət olduğunu öyrənmək idi. Onlar buna nail oldular. Bu döyüşlər həyata keçirilmiş bir kəşfiyyat idi. Onların sonrakı hədəfi - bütün əldə etdikləri bilgiləri analiz edərək ikinci addımı atmaqdır. Biz onların bu addımına cavab verə bilmədik", deyə erməni general məyusluq içərisində bildirib.

"Əgər bu irimiqyaslı hərbi əməliyyat olsaydı, bunun necə başa düşmək olardı?”, - aparcı soruşub. 

"Çox sadə. Birinci gün düşmənin itkisi olmazdı, bizim isə canlı qüvvədə itkimiz olardı. Əlamət isə birinci və ikini gün Qarabağı bombardman edərdilər. Yəni bir neçə saat bombardman edərdilər, bir neçə gün yox, Balkanda və ya "Səhrada qasırğa” əməliyyatında olduğu kimi, - general-mayor deyib. 

Onun fikrincə, ilkin tapşırığı yerinə yetirdikdən sonra hərbi işin bütün qaydalarına müvafiq olaraq Azərbaycan əgər miyaslı hücum haqqında qərar qəbul etsəydi, faktiki olaraq başlanılan işi davam etdirərdi.  

Xatırladırıq ki, Azərbaycan ordusu son 5 gündə Ermənistanın işğalçı qüvvələrinin Qarabağdakı mövqelərinə ağır zərbələr endirərək, bir neçə yaşayış məntəqəsini və strateji yüksəkliyi ələ keçirib.
[video=http:// ]
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az