"Bütün Türkiyə havaya sovrulacaq, yanacaq, aviasiyası məhv olacaq" - Video

"Bütün hərbi düşərgələr, türklərin bütün aviasiyası, hər şey göyə sovrulacaq, hər şey”

Biz harasa baxmalıyıq. Bu zaman Türkiyədə terror aktları başlayacaq, bütün hökumət binaları yanacaq, bütün düşərgələr, türklərin aviasiyası, hər şey göyə sovrulacaq, hər şey. Bunu kim elədi?

Biz bilmirik. Bunu yaraqlılar edib, ola bilər ki, kürd ordusu, ola bilər erməni yaraqlıları. Yunanlar, bolqarlar, suriyalılar, ərəblər, onlar milyonlarladır, onlardan hansının partlayıcını götürüb hara qoyduğunu bilmirik.

Bu barədə Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski "Rossiya 1” telekanalının efirində "Poedinok” verilişində aparıcının Ankara Suriyaya daxil olarsa, Moskvanın nə etməli olduğuna dair suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, Ankarada törədilən terror aktı, sadəcə "məşq” idi.

"Dünən məşq idi, sabah isə bütün Türkiyə yanacaq, bütün!”, - o deyib.

Vladimir Jirinovskinin müsahibəsi ilə verilişin 16-cı dəqiqəsindən izləyə bilərsiniz. 
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az