Üç yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimlə bağlı QƏRAR
Sumqayıtda üç yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun barəsində olan hökmdən prokuror tərəfindən verilən apellyasiya protesti, zərərçəkmiş tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Miq.az bildirir ki, Vəkil Əli Hüseynov Oxu.Az-a açıqlamasında deyib ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, İ.Qəmbərova verilən bəraət hökmü qüvvədə saxlanılıb.
Miq.az