Cahangir Hacıyev 40 milyon dolları Ermitajda batırıb
Azərbaycan Beynəlxalq Bankı Rusiyanın Peterburq şəhərindəki məşhur Ermitaj muzeyinin eyni adlı rəsmi otelinə həbs qoyulması üçün məhkəmə iddiası qaldırıb.
Miq.az virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb Cahangir Hacıyevin vaxtında bankın otelin restavrasiyası üçün onun sahibi, biznesmen Malik Babayevə verdiyi on milyonlarla dolları geri ala bilməməsidir.
Peterburqda, Pravda küçəsi, 10 ünvanında yerləşən "Hermitage Hotel”in mülkiyyətçisi Malik Babayevin Beynəlxalq Baltik İnvestisiya Şirkətidir. Babayev oteli bir neçə il əvvəl qida sənayesi işçilərinin Mədəniyyət Evindən 4.1 milyon dollara alıb. Ermitaj muzeyinin rəhbərliyi ilə anlaşaraq bu məşhur muzeyin adının otel adı kimi istifadə edilməsinə razılıq alıb. Bunun əvəzində muzeyə müəyyən məbləğ ödəməyi öhdəsinə götürüb. Malik Babayev Ermitaj muzeyinin adından kommersiya məqsədi ilə istifadəyə razılıq almağa nail olan ilk biznesmendir.
O, sovet dövründə məşhur olan, ancaq sonradan baxımsız vəziyyətə düşən uçuq-sökük oteli aldıqdan sonra binanı restavrasiya etmək üçün Azərbaycan Beynəlxalq Bankından illik 12 faizə olmaqla dollarla kredit götürüb. Babayevin bankdan nə qədər kredit götürdüyü məlum deyil. Ancaq ekspertlər hesab edir ki, binanın restavrasiyasına və təmirinə azə 35-40 milyon dollar xərclənib.
Miq.az