Cavanşir Feyziyevin məşhur kitabı uyğur dilində çap olundu - FOTO

Cavanşir Feyziyevin məşhur kitabı uyğur dilində çap olundu - FOTO

Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin müəllifi olduğu "Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı Mərkəzi ofisi Ankarada yerləşən Uyğur Araşdırma İnstitutunun təşəbbüsü və dəstəyilə uyğur dilinə tərcümə olunub.

Miq.Az xəbər verir ki, bununla əlaqədar olaraq mərkəzi ofisi ABŞ da yerləşən Hürr Asiya Radiosunda geniş tanıtım reportajı yayımlanıb.

Reportajda millət vəkili Cavanşir Feyziyev müəllifi olduğu kitabla bağlı ona ünvanlanan sualları cavablandırıb.

Qeyd edə ki, "Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı türk, qazax, qırğız, boşnak, rus macar və özbək dillərinə tərcümə edilərək bu ölkələrdə çap olunub. Kitabda 315-ə qədər ədəbiyyat və qaynaqdan istifadə olunub ki, bunun da əksəriyyəti türk, ingilis, rus və digər xarici mənbələrdir.

Xatırladaq ki, azərbaycanlı deputatın müəllifi olduğu "Türk Dövlətləri Birliyi” kitabı təhsil, elm və diplomatiya sahəsində çalışan insanlar üçün daha faydalıdır.
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az