Cavid Qurbanov Bakı meri gətirilir? – Abutalıbovun xələfinin adı çəkilir
Azərbaycan hökumətində artıq başlayan ciddi kadr islahatları çərçivəsində 17 ildir Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutan Hacıbala Abutalıbovun da istefaya göndəriləcəyi dəqiqləşib.
Miq.Az xəbər verir ki, bu barədə "AzPolitika.info”-ya məlumat hökumətə yaxın mənbələrdən daxil olub.
Məlumatda, həmçinin onun yerinə kimin gələcəyi də bildirilir: Bakının yeni rəhbəri, çox böyük ehtimalla "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov olacaq.
Miq.Az