Cəbrayılda ağır yol qəzası: Ölən var

Cəbrayılda ağır yol qəzası: Ölən var

Cəbrayıl rayonunda avtomobillər toqquşub, ölən və yaralananlar var.

Bu barədə Miq.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə iyunun 9-u saat 18 radələrində rayonun Qumlaq kəndində qeydə alınıb.

Belə ki, Zamiq Əliyevin idarə etdiyi "Niva” və R.İsayevin idarə etdiyi "Great Wall Wingle” markalı avtomobillər toqquşub. Nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az