Cəlilabadda meşə yanğını

Cəlilabadda meşə yanğını

Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında yanğın başlayıb.

Vətəninfo.az - Bu gün saat 14 radələrində Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında yanğın hadisəsi baş verib.
Yanğının qarşısının alınması üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.
İlkin ehtimala görə yanğının baş verməsinə səbəb avtomobildən atılan siqarət kötüyü olub.
Hazırda yanğının söndürülməsi istiqamətində ciddi tədbirlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az