Cəlilabadın icra başçısına etiraz-Şikayətçi özünü doğradı

Cəlilabadın icra başçısına etiraz-Şikayətçi özünü doğradı

Şikayətçi İcra Hakimiyyəti qarşısında özünü doğradı

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin binası qarşısında intihara cəhd baş verib.

Rayondakı mənbələrdən bəlli olub ki, polis və məhkəmənin qanunsuzluğundan icra başçısına şikayət etmək istəyən Alar kəndindən Əliyevlər ailəsi zorakılıqla üzləşib. Buna görə də ailə üzvlərindən biri – Tərlan Əliyev özünü bıçaqla doğrayıb. Daha iki nəfər isə özünü yandırmaq istəyib, lakin ətrafdakılar onlara mane ola biliblər. Daha sonra şikayətçilər polis şöbəsinə aparılıblar.

Yaralı Tərlan Əliyev isə rayon xəstəxanasına yerləşdirilib.

Ailə başçısı Füzuli Əliyev, onun yetkinlik yaşına çatmamış oğlu Allahverdi Əliyev və qardaşı oğlu Rüstəm Əliyev hazırda polis şöbəsindədirlər.

Məlumata görə, baş verənləri telefonla çəkmək istəyənlərə də zor tətbiq olunub. Onların telefonları əllərindən alınıb və sındırılıb. (azadliq.info)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az