Ceyms Uorlik iyulun 20-də İrəvana səfər edəcək

Ceyms Uorlik iyulun 20-də İrəvana səfər edəcək
TƏT Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik iyulun 20-də İrəvana səfər edəcək.
APA-nın verdiyi xəbərə görə, bunu  Ceyms Uorlik özünün "Twitter” səhifəsində yazıb. 

 "Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti addımları müzakirə etmək üçün bazar ertəsi İrəvana səfər edəcəm", deyə Ceyms Uorlik bildirib.  

 C. Uorlik səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəyini bildirib.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az