Vətəninfo.az xəbər verir ki, cəzaçəkmə müəssisəsinin istehsalat sexində yanğın baş verib. Axar.az-ın məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın hadisəsi dünən saat 22.10 radələrində baş verib. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsinin istehsalat sexində yanğın baş verib. Hadisə ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə müvafiq məlumat verilib. Penitensiar xidmətin şəxsi heyətinə həyəcan verilərək hazırlıq vəziyyətinə gətirilib, lazımı qüvvələr yanğın yerinə cəlb olunub.
Operativ olaraq hadisə yerinə gələn Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri saat 23.15 radələrində yanğının söndürülməsinə nail olublar. Hadisə vaxtı xəsarət alan olmayıb. Fakt üzrə Penitensiar xidmət tərəfindən xidməti araşdırma, Fövqəladə Hallar Nazirliyi tərəfindən isə təhqiqat aparılır.
Vətəninfo.az
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO