Cinayət Məcəlləsinə azadlıqdan məhdudlaşdırılması cəzası əlavə edilir

Cinayət Məcəlləsinə azadlıqdan məhdudlaşdırılması cəzası əlavə edilir
Milli Məclisdə cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunur

Modern.az-ın məlumatına görə, tədbirdə Milli Məclis Aparatının, Prezident Administrasityasının, Ali Məhkəmənin və digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev qanun layihəsini yüksək qiymətləndirib. O deyib ki, qanunvericiliyin təkmilləşdirilməsi vacibdir. 
Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev bildirib ki, dəyişikliklər layihəsində mülkiyyət əməllərinə cinayət əməllərinə dekriminallaşdırılıb. Şöbə müdiri qeyd edib ki, azadlıqdan məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinə əlavə edilib. 
"Əvvəllər bu cəza var idi, amma sonradan çıxarılıb. Yeni cəza növünün isə mahiyyəti də dəyişdirilib”. 
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az