Cinçıxarma klinikası açıldı – BÖYÜK REZONANS DOĞURDU+VİDEO

 Cinçıxarma klinikası açıldı – BÖYÜK REZONANS DOĞURDU+VİDEO

Ölkəmizdə cinçıxarma klinikasının açılmasına ehtiyac varmı?

Cəmiyyətdə (dırnaqarası) "cinçıxarmalara" maraq hər zaman böyük olub. Xüsusi ilə savadsız insanlar müəyyən problemləri məhz bədənə cin girmə ilə əlaqələndirir və cindarlar da bundan istifadə edərək bir çoxlarını aldadır. Hətta bir neçə gün əvvəl İstanbulda bu işlə məşğul olan klinikanın fəaliyyətə başlaması insanların fikirlərini daha da qarışdırdı. Bu məsələ internet resurslarda, Azərbaycan cəmiyyətində də böyük əks-səda doğurdu.

"Qurani-Kərim" oxunaraq cadu pozulduğu, cin çıxarıldığı iddia olunur. Söhbət hər hansı molladan və ya din xadimindən yox xəstəxanadan gedir. İstanbulda böyük səs küy yaradan bu klinikada nə iynə dərmandan, nə də başqa tibbi vasitələrdən istifadə edilmir.

Xəbər Sosial şəbəkələrdə böyük rezonans doğurduqdan sonra Azərbaycanda da bənzər klinikanın açılması təklif olunub. Başqa sözlə bəzi insanlar belə klinikaların dərdlərinə çarə olacağına inanır. Psixoloq Elnur Rüstəmov isə bunu cəhalətlə əlaqələndirir.

Bu işin özünü həkim adlandıran biri tərəfindən, klinikada həyata keçirilməsinin isə heç bir əsası ola bilməz. Başqa sözlə əgər belə bir klinika Azərbaycanda da açılsa orada fəaliyyət göstərənlərin fırıldaqçıdan heç bir fərqi olmaz.

İlahiyyatçılar cindarlığın islamla heç bir əlaqəsi olmadığını və "Qurani kərimdə" əksini tapmadığını qeyd edirlər.

Miq.Az Xezerxeberə istinadən videomaterialı təqdim edir:
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az