“Coca-cola zərərli içkidir” - Abdolbari Gözəl

“Coca-cola zərərli içkidir” - Abdolbari Gözəl

Bu sözləri  gün "Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gözəl deyib. Azərbaycan Sahibkarlar Konfederasiyasının Aqrar İnkişaf Komissiyasının bu gün jurnalistlərin də iştirakı ilə keçirilən yığıncağında çıxış edən Gözəl Azərbaycanın da öz ixrac brendlərini yaratması haqqında danışıb. O deyib ki, Coca cola içkisi hər hansı bir ölkəyə ABŞ-ın özüdən qabaq gəlir: "Coca cola gəlir və bir ölkəni təsir altına salaraq öz sisteminə keçirir. Halbuki bu içki zərərlidir”.

Gözəl daha sonra deyib ki, bu içkini də sevənlər var: "O içkinin də  müsbət və zərərli cəhətləri var. Sevənləri də , sevməyənləri də var. Belə deyək, onlara da haqsızlıq olmasın”.  

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az