“Cocuq Mərcanlıya qayıdış Ermənistana bir mesajdır…” – Türkiyəli nazir müavini

“Cocuq Mərcanlıya qayıdış Ermənistana bir mesajdır…” – Türkiyəli nazir müavini


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncam Qarabağa tarixi qayıdışın başlanğıcıdır. Cocuq Mərcanlının bərpası Azərbaycan xalqının beynəlxalq hüquqla tənzimlənən haqqıdır.

Bu fikirləri  müsahibəsində Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız deyib.

Nazir müavini bildirib ki, Prezident İlham Əliyev dəfələrlə cəsarətli addımları ilə dünya ictimaiyyətinin diqqətini cəlb edib. Bu qərar Azərbaycan dövlətinin başçısının növbəti cəsarətli addımıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Cocuq Mərcanlıya qayıdış həm də Ermənistana bir mesajdır ki, işğal altında saxladığı Azərbaycan torpaqlarını geri qaytarsın. Azərbaycan xalqı heç zaman işğal faktı ilə barışmayacaq. Bütün məsələlərdə olduğu kimi, bu işdə də qardaş Türkiyədən göstərilən dəstək getdikcə daha da güclənəcək. Təcavüzkar tərəf yaxşı anlayır ki, işğalı davam etdirmək mümkün olmayacaq. Azərbaycan xalqı tarixdə dəfələrlə belə sınaqlardan alnıaçıq çıxıb. Bu dəfə də belə olacaq. Azərbaycan xalqının Prezident İlham Əliyevlə birliyi bu məsələdə həlledici amildir.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az