COVID-19 pasportu olmayanlar bu məkanlara BURAXILMAYACAQ

COVID-19 pasportu olmayanlar bu məkanlara BURAXILMAYACAQ

Operativ Qərargah yeni qərarlar qəbul edib.

Miq.Az xəbər verir ki, qərara əsasən, 2021-ci il 1 sentyabr tarixindən etibarən: 2.5-5.1. dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir: 2 1. mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri; 2. mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri; 3. bu Qərarın 2.4-cü bəndi nəzərə alınmaqla, bu Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr; 2.5-5.2. ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir; 2.5-5.3. yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər: 1. ictimai iaşə müəssisələrində; 2. mehmanxanalarda; 3. iri ticarət mərkəzlərində.”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az