Daha bir şəhidimizin nəşi tapıldı

Daha bir şəhidimizin nəşi tapıldı

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

Miq.Az Report-a istinadən xəbər verir ki, döyüşlərin ilk günlərindən itkin düşən Mingəçevir sakini, 1990-cı il təvəllüdlü Pərviz Hafiz oğlu Tağıyevin nəşi Suqovuşan-Tərtər istiqamətində aşkarlanıb.

Onun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib. P.Tağıyev bu gün saat 14:00-da Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az