Dağlıq Qarabağ separatçılarının KVN komandası Moskvada çıxış edəcək

Dağlıq Qarabağ separatçılarının KVN komandası Moskvada çıxış edəcək
İşğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimi təmsil edən "Duz və çörəklə” adlı KVN komandası Rusiya paytaxtında çıxış edəcək.

Bu barədə ermənilərin "VKontakte" sosial şəbəkəsindəki "Artsax-Dağlıq Qarabağ” adlı səhifəsində məlumat yerləşdirilib. Komandanın fevralın 16-da keçiriləcək Moskva və Moskva vilayət liqası festivalında iştirak edəcəyi bildirilib. Həmin səhifədən Moskva və Moskva vilayətində yaşayan ermənilərin komandaya dəstək verməsi üçün çağırış edilib.
Qeyd edək ki, separatçı rejimin komandası bir müddət əvvəl Soçidə keçirilən KVN turnirində Dağlıq Qarabağ adından çıxış etməyə cəhd göstərib. Azərbaycan Gənclər və İdman Nazirliyinin etirazından sonra ermənilərin bu təxribatının qarşısı alınıb. (apa)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az