Davudoğlu: "Əsla geri addım atmayacağıq"

Davudoğlu:
Türkiyənin  baş nazir  Əhməd  Davudoğlu  Ankarada baş vermiş terror aktı ilə bağlı   bəyanat verib.

Əhməd Davudoğlu bildirib ki, Türkiyə terror təşkilatlarına qarşı aparılan mübarizədən geri addım atmayacaq.
 
"Ölkəmizi, əziz millətimizi və demokratiyamızı hədəfə alan bu mənfur hücumu həyata keçirənlər məqsədlərinə çatmayacaqlar. Bütün terror təşkilatlarına qarşı apardığımız mübarizədə əsla geri addım atmayacağıq. Türkiyə Cümhuriyyəti  öz milli təhlükəsizliyini qoruyacaq, insani dəyərləri  müdafiə etməyə davam edəcək. Millətimə səbir, təmkin və mətanət arzulayıram", bəyanatda deyilir.
 
Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az