“Dəmir ƏL”lə səmimi söhbət və ya Azər Süleymanov üçün “böyük qayıdış”
Uzun müddətdir ki, KİV –də adı korrupsiya, tender maxinasiyalarında hallanan, xarici vətəndaşların da təəccübünə səbəb olan paytaxt Bakımızı, eləcədə respublikanın rayon və şəhərlərin qəssabxanaya dönməsinə rəvac verən, iş adamlarına qənim kəsilmiş sabiq Kənd Təsərrüfatı Naziri Heydər Əsədovdan baytarlara "miras” qalmış Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin keçmiş rəisi Azər Süleymanova kənd təsərrüfatı naziri İnam Kərimov "qırmızı işıq” yandıraraq "Stop” dedi. Heydər Əsədovun çoxdan etməli olduğunu cənab İnam Kərimov bir əmrlə həll etdi. Göründüyü kimi nə qədər asan və sadə. Ona görə ki, İnam müəllim korrupsiya ilə mübarizınin "ASAN”laşdırma yolunu yaxşı bilir.
Əgər bəzi vəzifəli şəxslər ona imkan versə...
A. Süleymanovun vəzifədən getməsi baytarlıq mütəxəssislərinə sevinc gətirsə də, onlar Azər müəllimin məcburi göstərişi ilə maaşlarını da büdcədənkənar vəsaitə əlavə etdikləri üçün bu "bayram”ı layiqncə keçirmək imkanları olmadı. Lakin İş adamları Azərdən canları qurtardıqlarına görə əməlli-başlı süfrə də açdılar.
Onun yerinə bu sahədə kifayət qədər bilik və bacarığı olan Bayandur Rzayev gətirildi.
Lakin, çox keçmədi ki, Azəri Süleymanovu əyalətdən gətirib, bu vəzifəyə layiq mütəxəssislərin başı üzərindən rəis vəzifəsinə "otuzduran” hansısa "Dəmir ƏL” du dəfə də İnam Kərimova A. Süleymanovun Dövlət Baytarlıq Nəzarəti Xidmətinə rəis müavini vəzifəsinə qaytarmasından başqa çıxış yolu qoymadı?
Həmin "Dəmir ƏL” bilirmi ki, dövlətimiz əhalinin sağlamlığı istiqamətində müxtəlif dövlət proqramları işləyərək həyata keçirir. Azər Süleymanovun başı korrupsiya qarışdığı üçün xaricdən büdcə vəsaitinin talan edilməsi hesabına brusellyoz, vərəm, xlamidiozla xəstə heyvanlar alıb gətirilməsində əsas rol oynadı. İnsanları xəstəliklərə, xüsusən sonsuzluq xəstəliyinə düçar olmasına şərait yaratdı. Xlamidiozla xəstələnən qadınlarımız sonsuzluqla üzbəüz qalıblar. Gündən–günə gözəlləşən Azərbaycanımz iri heyvan kəsim məntəqəsinə çevrilib.
Həmin "Əlin” də balası, nəvəsi Azər müəllimin yetişdirdiyi, saxta vaksin, yararlıq müddəti keçmiş yararsız antibiotik vurduğu heyvanın ətindən qidalanır.
Hə qədər olar azərkimilər himayə edilir.
Azər müəllim vəzifəyə gələn kimi bütün peşəkar baytar həkimləri müxtəlif böhtanlarla küçələrə atıldı və onların əvəzində qeyri-peşəkar insanlar dövlət qulluğuna imtahan vermədən Dövlət Xidmətinə gətirildi. Aqrar sahədə fundemental təhsil görmüş insanın müasir çağrışlara cavab verən mütəxəssis kimi formalaşması üçün yüksək səviyyədə nəzəri biliyə və praktiki təcrübəyə sahib mütəxəssislərin əhatəsində 10-15 il vaxt lazımdır.
Heydər Əsədov və Azər Süleymanovun dəyərsizləşdirib işdən çıxardıqları o insanların hər biri aqrar sahədə fəaliyyət göstərən böyük bir məktəb idi.
A. Süleymanov yaxınlarına özünü döğulduğu və "Karusel” İstirahət Mərkəzinin, balıqçılıq təsərrüfatının olduğu Göygöl rayonunda "Baytarlıq Naziri” kimi qələmə verilməsini tapşırmışdı.
Hörmətli "ƏL”,
KİV-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Baytarlıq Nəzarəti Xidmətində baş alıb gedən korrupsiya, küçələri antisanitar vəziyyət yaradan qanunsuz malqara kəsimindən pullu xidmət adı ilə pul toplanması, sahibkarların qeyri-qanuni incidilməsi və s. faktlar barəsində silsilə yazılar dərc edildi. Deyək ki, yazının biri, ikisi qərəzlidir, onda silsilə yazılara nə sözünüz. Qanunvericilikdə KİV –də gedən böhtan xarakterli yazıları işıqlandıranların da məsuliyyəti müəyyən olub. Heç bir sayt rəhbərinin Azər və onun kimiləri ilə şəxsi ədavəti yoxdur. Sadəcə, mediya öhdəsinə düşən vəzifəni yerinə yetirir.
Onu da bilirmisiniz ki, I qrup əlil adamın daima rayonlarda, kəndlərdə olması tələb edilən vəzifə tutması qanun pozuntusudur. Ona görə də Azər bəy kabinetindən çıxıb xəstəliklərdən mal-qarası tələf olan fermerlərin, kəndlilərin harayına getmədi. Vaxtını dövlətin büdcə vəsaiti hesabına özünə dəbdəbəli kabinet düzəltməyə, "NİSSAN”I bəyənməyərək, "TOYOTA”da gəzməyə, habelə villa və mənzillər almaqla başa vurdu.
"Əl”-ə məlumdurmu ki, A. Süleymanovun büdcədən mənimsədiyi və korrupsiya yolu ilə əldə etdiyi milyonlarların hesabına Bakı şəhəri S. S. Axundov küçəsi, 7C ünvanında "İsmayıloğlu” MTK-nın inşa etdiyi çoxmənzilli binanın II Ala qapı, 6-cı mətəbəsində iki mənzil almış, Mehdiabadda villasını tikdirib başa çatdırmışdır. Hətta A. Süleymanov büdcədən dəfdərxana ləvazimatlarına ayrilmış vəsaitə də tamah salaraq mənimsədi.
Belə fəaliyyət dosyesi olan insanı yenidən rəhbər vəzifəyə qaytarılaraq, onun getməsini toy-bayramla qarşılayan mütəxəssislərə yenidən rəbərlik etməsi, ən azı Kənd Təsərrüfatı sisteminə, həmşinin baytar mütəxəssislərinə hörmətsizlik hesab edirik.
Hələ də Süleymanovun tələbə yoldaşı Respublika Baytarlıq Laboratoriyasında şöbə müdiri, təqaüdçü Mübariz Nəbiyev, şöbə müdiri Əhəd Əliyev, Dövlət Xidmətində qanunsuz müqavilə ilə dövlət qulluğu komissiyasından keçmədən sektor müdiri təyin etdiyi "qara kassiri” Aydın Hüseynov, kadrların təyinatından pulyığanı Tahir Abdullayev, tələbə yoldaşı Göygöl rayon Baytarlıq İdarəsinin rəisi Oktay Həmidov, Göygöl rayon Baytarlıq İdarəsinin rəisinin müavini Arzu, tələbə yoldaşı Şirvan Rayonu Baytarlıq İdarəsinin rəisi Oqtay Xəlilov Azər himayəsində bulanırlar. Onlar Azər müəllim vəzifəsindən qovulduqdan sonra külli ixtiar əllərindən çıxacağına görə bərk təşvişdədir.
Görəsən bunlar bəs etmirmi ki, Azər Süleymanovun fəaliyyəti araşdırılıb, istintaqa cəlb edilsin, yoxsa ki, rəislikdən qovulub, müavin kürsüsündə otuzdurulsun.
Ona görə də bu gün Azər süleymanovun Göygöl rayonunda biznesini idarə edən qardaşı yeni rəis təyin edilmiş Bayandur Rzayevin heç bir səlahiyyət sahibi olmadığını, bütün işlərin yenə də qardaşı Azər tərəfindən gürüldüyünü və nazir İnam Kərimovun yalnız Azərlə "hesablaşdığını” bildirir.
İndi son söz İnam müəllimdədir... Əgər "Dəmir ƏL” "icazə” versə.
Miq.Az