Bakı Ağır Cinayətlər Məhkəməsində "Dəmirbank" ASC-nin Bayıl filialının mənimsəmədə təqsirləndirilən sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Fərəh Rəşadətli 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Tamamgül Xanlarova 1000 manat cərimə olunub, Fariz Qarayevin isə əmək haqqından hər ay 20 faiz tutulması qərara alınıb.
Xatırladaq ki, prokuror çıxışında Fərəh Rəşadətlinin 10 il, bankın əməkdaşı Fariz Qarayevin 1 il müddətinə azadlıqdan məhrum edilməsini, Tamamgül Xanlarovanın 2 il islah işlərinə cəlb olunmasını istəmişdi.
Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddəlləri ilə təqsirləndirilir. F.Qarayev və T.Xanlarova isə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.
F. Rəşadətli "Dəmirbank”ın filial müdiri olub, T. Xanlarova bankda xəzinədar vəzifəsində çalışıb. F. Qarayev isə bankın əməkdaşı olub.
İş üzrə 8 zərərçəkən şəxs tanınıb. Dəymiş ümumi ziyan 3 milyon manata yaxındır.
Hər üç şəxs barəsində istintaq dövründə polis nəzarətində qətimkan tədbiri seçilib.
Lakin Fərəh Rəşadətli məhkəmənin hazırlıq iclasında həbs edilib.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?