Deputat oğlunun yerinə rəis təyinatına - Reaksiya

Deputat oğlunun yerinə rəis təyinatına - Reaksiya

Daxili İşlər naziri Ramil Usubovun Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə yeni rəis təyin etməsi haqda xəbərlərə münasibət bildirilib.

Vizual.az xəbər verir ki, nazirin əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Qəhrəman Qələndərovun təyin olunması haqda məlumat yalanlanıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəisi Nuşirəvan Səfərovun müavini Q.Qələndərov "Avtosfer.az”a bildirib ki, işdən çıxarılmayıb və heç bir rayona da DYP rəisi göndərilməyib: "Hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinndə işimi davam etdirərəm. Yayılan xəbərin əsası yoxdu”.

Qeyd edək ki, Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədovun (millət vəkili Elman Məmmədovun oğlu) yerinə Q.Qələndərovun təyin olunduğu barədə xəbər yayılmışdı.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az