Deputat səfirin qatilini “qəhrəman” adlandırdı

Deputat səfirin qatilini “qəhrəman” adlandırdı
Ukrayna Ali Radasının deputatı Vladimir Parasyük Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatilini "qəhrəman” adlandırıb.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, deputat bu haqda "Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Andrey Karlovun qatili "öz xalqı üçün qəhrəmandır”.
Qeyd edək ki, dünən Ankarada Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsd təşkil edilib. Hücumda ağır yaralanan səfir xəstəxanada həyatını itirib.
Diplomatın qatili Mövlud Mert Altıntaş təhlükəsizlik gücləri tərəfindən hadisə yerində öldürülüb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az