Deputatdan işıq və qaz pulu ilə bağlı hökumətə İttiham

Deputatdan işıq və qaz pulu ilə bağlı hökumətə İttiham
Deputat Əli Məsimli qaz və işığın bahalaşmasına görə hökuməti sərt tənqid edib 

Modern.az-ın xəbərinə görə, Milli Məclisdə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcə zərfinin müzakirəsi zamanı Əli Məsimli deyib ki, artıq bundan sonra sahibkarlar da qiymətləri qaldırmalıdır:

Deputat bildirib ki, yarımçıq siyasət qeyri-neft sektorunun inkişafına da mane olur:

"İqtisadiyyat Nazirliyi tərəfdən yeni müəssisələrin yaradılması, yeni iş yerlərinin açılması ilə əlaqədar addımlar atılır.

Digər tərəfdən qaz və elektrik enerjisinin qiymətlərinin artırılması ilə sahibkarların xərclərini artırır”.

Əli Məsimli vurğulayıb ki, sahibkar qiymətləri qaldırsa belə, yenə də rəqabətdə uduzacaq:

"Əgər istixanalar qaza və işığa görə, 30 min manat ödəyirdisə, indi 60 min manat ödəyəcək. Bu halda sahibkar artan xərcə görə qiymətləri qaldırmalıdır.
Qiymətləri qaldırsa, sahibkar rəqabətdə uduzacaq. O məhsulu daxili və xarici bazarda sata bilməyəcək”.
Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az